İtini 11-ci mərtəbənin pəncərəsindən atıb

15 Avqust 2023 22:53 (UTC+04:00)

Moskva vilayətində ev iti sahibinin pəncərədən atması nəticəsində ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisəni törədən kişiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 245-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Verilən məlumata görə, hadisə Podolsk şəhərinin Kolxoznaya küçəsindəki evdə baş verib. Kişi naməlum səbəbdən itini 11-ci mərtəbədəki mənzilin pəncərəsindən atıb. Yaralı it baytarlıq klinikasına aparılıb, daha sonra heyvan orada ölüb.

Polis qeyd edib ki, hazırda müstəntiqlər itin sahibi ilə işləyir.

Deyrəm dünya təzadlarla doludur, Gərək ki, xatırlamış olarsınız, bir müddət bundan əvvəl SİA Almaniyada bir qadının it sığınacağından olan melezlə evləndiyi barədə xəbər vermişdi.

Bu rusiyalı kişi isə,..yəqin ki, bu dəfə içkisi çox olub?

Nazlı