Robbi Uliyams Türkiyədə konsert verəcək

15 Avqust 2023 20:44 (UTC+04:00)

Məşhur britaniyalı müğənni və şair Robbi Uliyams (Robbie Williams) avqustun 17-də Türkiyənin Muğla şəhərinin Bodrum qəsəbəsində musiqisevərlərlə bir araya gələcək.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyədə ilk konsertini Bodrumda verəcək müğənni pərəstişkarlarının qarşısına otel səhnəsində çıxacaq.

Konsertin keçiriləcəyi otelin saytında verilən açıqlamada qeyd olunub ki, oteldə qalanlar konsertdə pulsuz iştirak edəcək, kənardan gəlmək istəyənlər isə onlayn bilet əldə edə bilərlər. Biletlər 17 min 600 lirəyədir.