Dünyada ilk qatığı türklər hazırlayıb?

15 Avqust 2023 19:04 (UTC+04:00)

Bu gün bütün dünyada istehlak edilən qatığın ilk dəfə türklər tərəfindən hazırlandığını bilirsinizmi? SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Südün mayalanması ilə əldə edilən qatıq türk mətbəxinin əvəzolunmaz qidalarındandır. İlk dəfə Orta Asiya türkləri tərəfindən hazırlandığı və əsrlər boyu bütün dünyaya yayıldığı düşünülən qatığa türk dilində olduğu kimi başqa bir sıra dillərdə də “yoğurt” deyilir.

Yay aylarında hava temperaturunun 40°C-yə çatdığı Orta Asiya ölkələrində heyvanlardan sağılan südün bir müddət sonra turş və bərk hala gəldiyi müşahidə olunub. Bu yeni qidanın qatılaşan və südə çevrilən hamar bərk hissəsi qatıq kimi istifadə edilib. İlk dövrlərdə qatıq hazırlanaraq heyvan dərilərində, taxta və ya saxsı qablarda saxlanılırdı. Ayran da qatığa su əlavə olunaraq hazırlanırdı.

Qatığın dünyaya yayılması Orta Asiyada köçəri cəmiyyətlərin qərbə və cənuba köçü ilə başlayıb. Avropa qatıqla ilk olaraq XVI əsrdə türklər sayəsində tanış olub. Dövrün Fransa kralı I Fransua ağır bağırsaq infeksiyasına tutulub və onu sağaltmaq mümkün olmayıb. Kralın anası Osmanlı Sultanı Qanuni Süleymandan həkim göndərməsini xahiş edib. Türk həkimin Fransaya göndərdiyi keçi südündən hazırlanan qatıq kralı sağaldıb. Buna baxmayaraq qatıq 20-ci əsrin əvvəllərində bütün dünyada məşhurlaşıb. Paster İnstitutunun Nobel mükafatı laureatı rus bakterioloqu Metçnikof deyir ki, qatıq bağırsaqdakı pis bakteriyaları zərərsizləşdirərək ömrü uzadır. Mahatma Qandi də “Diet Reform'' kitabında qatığın sakitləşdirici xüsusiyyətlərini vurğulayıb.