Ümumdünya Səhiyyə Təşkilatından Erislə bağlı xəbərdarlıq

15 Avqust 2023 18:02 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə koronavirusun omikron ştamının yeni variantı - Erislə (EG.5.) bağlı tədbirləri aradan qaldırmamaları ilə əlaqədar xəbərdarlıq edib.
Məlumatda ABŞ, Avropa və Asiyada Covid-19 infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayının artığı bildirilib.
Səhiyyə rəsmiləri ilk dəfə 2021-ci ilin noyabrında qeydə alınan omicron ştamının yeni variantı-Erisə işarə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, EG.5 digər variantlara nisbətən daha yaxından izlənilməlidir, çünki o, daha yoluxucudur.
ÜST ölkələrə yeni varianta görə Covid-19 tədbirlərini aradan qaldırmamaları barədə xəbərdarlıq edib.
Omicron ilə demək olar ki, eyni simptomlara malik olan Eris indiyə qədər 51 ölkədə qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, "Covid”in "Eris” virusu adlı yeni variantı indi İngiltərədə Arcturus-dan sonra ən çox yayılmış ikinci variant hesab olunur ki, bu da bütün infeksiyaların demək olar ki, yarısını təşkil edir.

"Eris”in Omicron variantı ilə genetik oxşarlıqları paylaşdığı düşünülür.

Bu göstərir ki, "Eris” variantı "Omicron” ilə oxşar ötürücülük və immunitetdən yayınma qabiliyyətlərini nümayiş etdirə bilər.

Eris virusunun simptomları aşağıdakılardır;

-Burun axması

-Baş ağrısı

-Hərarət

-Boğaz ağrısı.

-Yorğunluq.