Soğan soymaq və doğramaq cəhdləri əsassız göz yaşlarına səbəb olur. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq bu çətin prosesi gözlər yaşarmadan da başa çatdırmaq mümkündür. Soğan soyarkən göz yaşı tökməyəcəyiniz bu üsulu rahatlıqla sınaqdan keçirə bilərsiniz.
Belə ki, soğanın əvvəlcə qabığı soyulmalı və doğranmalıdır. Bu soyulma və doğrama hissəsində soğan gözlərimizi yaşartdığı üçün bir az tərəddüd edirik. Tərkibindəki komponentlərə görə soğan gözümüzü yandırır və göz yaşlarına səbəb olur.
Soğan doğrayarkən gözlərinizin yanmasını istəmirsinizsə, bunu çox sadə üsulla edə bilərsiniz. Əvvəlcə soğanı suyun altında soyun və buzlu su ilə bir qaba atın. Soğanları təxminən 15-20 dəqiqə buzlu suda isladın. Sonra buzlu sudan çıxardığınız soğanları gözünüzü yandırmadan soya bilərsiniz.
Ayşən Vəli