Belçikanın Lieje (Liege) şəhərində bir mağaza sahibi alış-veriş etmək istədiyi bank kartının ona məxsus olduğunu anlayıb və oğrunu yaxalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, şübhəli bir nəfər avtomobilin qapılarını açıq görüncə oğurluq edib, pul kisəsini də götürüb.
Ertəsi gün şübhəli bank kartı ilə mağazaya girib və alış-veriş etmək istəyib.
Kassadakı mağaza sahibi kartın ona məxsus olduğunu anlayınca şübhəliyə hiss etdirmədəm polisə xəbər verib. Şübhəli qısa müddətdə yaxalanıb.