Məşhur aparıcı Regina Todorenko doğuşdan sonra yaşadığı əsas problemlərdən danışıb. SİA xəbər verir ki, o, bu barədə Telegram kanalında bölüşüb. Teleaparıcı bildirib ki, ana olduqdan sonra ən çox yuxusuzluqdan əziyyət çəkir. “Mən həqiqətən fikirlərimi toplamalı, işi sistemləşdirməli, kitabı bitirməli, planlaşdırılan layihələrə başlamalı, son üç ay üçün şəxsi maliyyə planı qurmalıyam, ancaq bacarmıram. Bədən istirahətə ehtiyac olduğunu bildirir", - ulduz qeyd edib. Todorenko yorğun olmasına baxmayaraq çox çalışdığını vurğulayıb. O, bunu özünə qarşı yüksək tələblərlə izah edib.
"İş o yerə çatdı ki, mən bütün qulluq prosedurlarını (saç rəngləmə, manikür, masaj) cədvəldə 6:30 və ya 22:00-a", - Todorenko yekunda bildirib.