Rusiyada "Sen çal kapımı" çəkilir

14 Avqust 2023 07:13 (UTC+04:00)

Türkiyənin məşhur "Sen çal kapımı" serialı bu dəfə Rusiyada lentə alınacaq. SİA xəbər verir ki, rejissorluğunu Vsevolod Aravinin edəcəyi ekran işində ssenari eyni olacaq.

Rejissor bildirib ki, heç bir dəyişikliyə ehtiyac duyulmayıb. Serialda baş rolları Nikita Volkov və Liana Qriba canlandıracaq. Baş qəhrəman "Serkan"ın atası obrazını İqor Jizhikin oynayacaq.