Misirdə 41 milyon il əvvəl yaşamış balina növü tapıldı

13 Avqust 2023 21:56 (UTC+04:00)

Misirdə paleontoloqlar 41 milyon il əvvəl yaşamış bir balina növünün qalıqlarını tapıblar.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, araşdırma qrupu Misir kralı Tutanxamon və qalığın tapıldığı Vadi el-Rayan Qoruğunun şərəfinə yeni balina növünü "Tutcetus rayanensis" adlandırıb.

2,5 metr uzunluğunda və təxminən 187 kiloqram ağırlığında olduğu təxmin edilən “Tutcetus”un aşkar edilən ən kiçik balina növü olduğu düşünülür.

Aşkara çıxdığı Qərb səhrasındakı Fayum vahəsi Misirin paytaxtı Qahirədən 150 kilometr cənub-qərbdə yerləşir və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Dünya Mirası Siyahısındadır. Oazisdə yüzlərlə balina qalığı var.