Türkiyəli aktrisa şəxsi həyatı ilə gündəmə gəlib - FOTO

13 Avqust 2023 06:11 (UTC+04:00)

Türkiyəli aktrisa Melisa Aslı Pamuk şəxsi həyatı ilə gündəmə gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sevgilisi futbolçu Yusuf Yazıcıdan evlilik təklifi alıb. "Hə" cavabı verən Melisanın tezliklə nikah masasına əyləşəcəyi deyilir.

Qeyd edək ki, Yusuf Yazıcı sosial şəbəkədə aktrisanın fotosunu paylaşaraq eşqlərini elan etmişdi.