Diabet riskini artıran məhsullar

12 Avqust 2023 22:38 (UTC+04:00)

Rusiyalı kardioloq Anna Koreneviç diabet riskini artıran məhsulların adlarını çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, mütəxəssis öz Telegram kanalında ağ düyü, çörək, şirniyyat və şəkərli içkilərin həddindən artıq istehlakına qarşı xəbərdarlıq edib.

Koreneviç qeyd edib ki, emal olunmuş ət və konservlərdən tez-tez istifadə etmək də təhlükəlidir.

Diabetin inkişafının qarşısını almaq üçün kardioloq rusları qida rasionuna tam taxıl, tərəvəz və qoz-fındıq daxil etməyə çağırıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl rusiyalı diyetoloq Marqarita Koroleva qiymə yox, bütöv bir toyuq almağı məsləhət görmüşdü.

Nazlı