Naxçıvanda yeni tibb mərkəzi tikiləcək

12 Avqust 2023 15:43 (UTC+04:00)

Naxçıvan şəhərində yeni tibb mərkəzinin tikilməsi planlaşdırılıb. SİA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Təsdiq edilmiş layihəyə əsasən, mərkəzi xəstəxananın yaxınlığında tikiləcək yeni mərkəzin inşasında 400-450 nəfər muxtar respublika sakini işləyəcək.

2024-cü ilin yanvar ayında başlayan inşaat işləri 2025-ci ilin ortasında başa çatdırılacaq.