Babək Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib

12 Avqust 2023 14:57 (UTC+04:00)

Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Naxçıvan təhsil nazirinin müavini də vəzifəsindən azad edilib.