Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl instaqramda məşhurlaşan Aysel Şükürovaya keçmiş əri Elşən Əsgərli bıçaqla hücum çəkməyə çalışıb. SİA xəbər verir ki, Aysel Şükürova həmin hadisədən sonra səhhətində problem yarandığını bildirib. Bu barədə instaqramda məlumat paylaşan influenser özünü yaxşı hiss etmədiyini deyib:
“Allah səni bildiyi kimi eləsin, Elşən. Başqa heç nə demirəm. Neçə gündür ağrıdan ölürəm. Üzüm gülsə də, ağrıdan ölürəm. Çox pisəm. Yeriyəndə neçə dəfə ayağım boluğa gedib”.