Afaq Gəncəli yayılan xəbərlərə reaksiya verib

12 Avqust 2023 00:41 (UTC+04:00)

Aparıcı Afaq Gəncəli Xəzər TV ilə yollarını ayırması haqda xəbərlərə reaksiya verib. SİA xəbər verir ki, aparıcı kanalın binasının qarşısında çəkilən fotonu sosial şəbəkə hesabında yayımlayıb. O, yeni mövsümdə də kanalda çalışacağını göstərib.

Qeyd edək ki, Afaq "Səhər mərkəzi" proqramında çalışırdı. Daha sonra o, səhhətində problem yarandığını deyərək, verilişdən uzaqlaşıb.