Dermatoloq və kliniki mikoloq Valeriya Sklyarova rusları göllərdə və şirin sularda çimməkdən çəkindirib. Söhbət xüsusən də suyun süni şəkildə təmizlənmədiyi yerlərdən gedir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Veçernıy Moskva"ya müsahibəsində suda yaşayan patogenlər və bakteriyalardan danışıb
Belə ki, göllərdə üzməyi sevənlər təhlükəli “Pseudomonas aeruginosa”, “E. Coli”, “göbələk”, “rəngli liken” və “piogen kokklar” kimi bakteriyaları bədənlərinə götürə bilərlər.
Sklyarova qeyd edib ki, su hövzələrində yaşayan həşərat və gəmiricilər də problem mənbəyinə çevrilə bilər.
Belə hallar tez-tez qaşınma, püstüllərin görünüşü və iltihablı proseslərin inkişafına səbəb olur deyə dermatoloq xəbərdarlıq edib.
Qeyd edək kiŞ bundan əvvəl infeksionist Elena Meskina ölkə hovuzunda tutula biləcək təhlükəli xəstəliklər barədə xəbərdarlıq etmişdi.
Nazlı