Avqustda bu iki bürcü çətinliklər gözləyir?

11 Avqust 2023 20:34 (UTC+04:00)

...Yayın son ayı iki bürc üçün böyük problemə çevrilə bilər. Astroloq Anna Savelyevanın sözlərinə görə, Əqrəb və Şirləri ciddi problemlər gözləyir.

SİA xəbər verir ki, astroloq Teleprogramma.pro-ya verdiyi müsahibədə Əqrəblər üçün bəlaların pis xəbərlərlə ifadə ediləcəyinə aydınlıq gətirib.

Mütəxəssisin iddiasına görə, Əqrəblər hansısa qohumu ilə bağlı xoşagəlməz xəbərlər ala bilər,..yəni bu ağır xəstəlik və ya ölüm də ola bilər.

Şirlər də "ciddi daxili narahatlıq" səbəbindən təhlükəli xəstəliklə üzləşə bilərlər. Baş ağrısı və hətta insult keçirə biləcəyini deyən ekspert, Şir bürcünün mənfi emosiyalardan qaçıb başqasının həyatına daha az qarışması halında özlərini bəlalardan xilas edə biləcəklərini qeyd edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl astroloq Qloba Bürcün üç əlaməti üçün taleyüklü xəbərləri proqnozlaşdırmışdı.

Nazlı