Belə getsə, Aneto əriyə bilər

11 Avqust 2023 19:44 (UTC+04:00)

İspaniyanın Pireney adalarında yerləşən ən böyük buzlaq - Aneto yüksək temperatur səbəbindən 10 il ərzində əriyə bilər.

“El Pais”in xəbərinə görə, Pireney Ekologiya İnstitutundan bir qrup tədqiqatçı ölkənin ən böyük buzlaqı olan Anetonun dibində his, bakteriya və qaya hissəcikləri aşkar edib. Sözügedən qara selikli birləşmələrin Günəşdən gələn istiliyi tutaraq buzlaqların əriməsini sürətləndirdiyi bəlli olub. Araşdırmada Anetonun ərimə sürətinin 1981-ci ildən bəri 3 dəfə artdığı hesablanıb. Təkcə 2022-ci ildə əriyən buzlaqda qalınlığı 3, ümumi qalınlığı 30 metr olan buzlaqda 64 faiz kütləvi itki olduğu müəyyən edilib.

SİA-nın əldə etdiyi məlumata görə, tədqiqatçılar 1850-ci ildə 52 olan Pireneydəki buzlaqların sayının 2020-ci ildə cəmi 21-in qaldığını bildiriblər. Qalan buzlaqlar səthinin demək olar ki, 90 faizini itirib.

Son illər hər il 1,5 metr itirən buzlağın orta qalınlığının 11 metr olduğu qəbul edilərsə, ərimə vəziyyəti uzun müddət davam edərsə, 10 il ərzində yox ola biləcək.

İspaniyada 2023-cü ilin yayı üçüncü həddindən artıq isti dalğası ilə ən yüksək temperatur rekordunu qırıb.

1928-ci ildən bəri qeydə alınan məlumatlara görə, İspaniya Meteorologiya İnstitutu (AEMET) iyulun 18-də Girona şəhərinin Figueres rayonunda hava istiliyinin 45,4 dərəcə Selsi rekordu qırdığını açıqlayıb.