"Barbie" filmi bu ölkədə qadağan edildi

11 Avqust 2023 08:42 (UTC+04:00)

“Hizbullah” Partiyasının hökumətdəki təmsilçisi, Livanın mədəniyyət naziri Məhəmməd Mortadu “Barbi” filminin ölkə kinoteatrlarında nümayişinə qadağa qoymaq qərarına gəlib. SİA xəbər verir ki, nazir filmin homoseksuallığı təbliğ etdiyini, dini və əxlaqi dəyərlərə zidd olduğunu, ailənin əhəmiyyətini aşağı saldığını bildirib.

Nazir ənənəvi olaraq ölkədə senzuraya cavabdeh Ümumi Təhlükəsizlik Xidmətindən filmin kinoteatrlarda nümayişinin qarşısını almaq üçün lazımi tədbirlər görməyi xahiş edib.

Qeyd edək ki, film daha əvvəl Vyetnamda qadağan edilmişdi.