35 yaşlı Rihanna ikinci dəfə ana olub

11 Avqust 2023 07:46 (UTC+04:00)

35 yaşlı müğənni Rihanna ikinci dəfə ana olub. SİA xəbər verir ki, reper A$AP Rocky ilə vətəndaş nikahında yaşayan barbadoslu müğənninin qız övladı dünyaya gəlib. Bu barədə “Media Take Out” məlumat yayıb. Cütlüyə yaxın mənbələrdən verilən məlumata görə, ana ilə uşağın vəziyyəti yaxşıdır. Onlar hazırda ABŞ-ın Los-Anceles şəhərində malikanədə qalırlar.

"O, Rihannanın eynisidir, parlaq gözlərinə qədər", - ulduza yaxın mənbə açıqlamasında bildirib.

Qeyd edək ki, müğənni ilk övladını bir il əvvəl dünyaya gətirib. Vu-Tanq Klan qrupunun rəhbərinin şərəfinə reper oğluna Rza adını verib.