Tanınmış aparıcı və aktrisa Turanə Hüseynli yutubda yeni layihəyə start verib. SİA xəbər verir ki, bir müddətdir televiziyadan uzaqlaşan aparıcı "Qız kimi" adlı layihəyə başlayıb. Əsasən qadın-kişi münasibətlərindən bəhs edən veriliş aparıcının yutub kanalında yayımlanacaq. Verilişin ilk qonağı isə Fransada yaşayan tanınmış musiqiçi Etibar Əsədli olub.