"Qarabağ" HİK-ə qarşı - Yenilənir

10 Avqust 2023 20:08 (UTC+04:00)

Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da meydana çıxıb.

Ağdam klubu Bakıda Finlandiya HİK-ini qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayıb.

Bu, "Qarabağ"ın Finlandiya təmsilçiləri ilə üçüncü qarşılaşmasıdır.

Xatırladaq ki, "Qarabağ" bunadək iki dəfə Avropa kuboklarında Finlandiya klubları ilə qarşılaşıb. 1996/1997-ci illər mövsümündə (UEFA Kuboklar Kuboku) "Müpa-47" komandası ilə görüşən Ağdam təmsilçisi Bakıda 0:1 hesabı ilə uduzub, cavab oyununun əsas vaxtında isə qalib gəlib (1:0). Amma əlavə vaxtda - 119-cu dəqiqədə "Qarabağ" qol buraxaraq (1:1) mübarizəni dayandırıb.

2009-cu ildə "Qarabağ" Finlandiyanın "Honka" komandası ilə qarşılaşıb və hər iki oyunda qalib gələrək (səfərdə 1:0, evdə 2:1) Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

10 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

20:00. “Qarabağ” – HİK (Finlandiya) - 0:0 (Birinci hissə)

Qeydə alınmayan qol: Marko Yankoviç, 4 (VAR)
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu