BDU-nun magistraturasına qəbul olanlardan 33 nəfəri 90-dan yuxarı bal toplayıb

10 Avqust 2023 14:18 (UTC+04:00)

2023/2024-cü tədris ili üçün BDU-nun magistratura səviyyəsinə qəbul planı 91.24 faiz dolub. BDU-dan SİA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələrinə görə 1035 nəfər qeydiyyatdan keçib. Onlardan 33 nəfəri 90-dan yuxarı bal yığıb.

Universitet üzrə ən yüksək nəticə balı isə 97-dir. Bu nəticəni Lalə Nəbiyeva (Kommersiya hüququ (tədris ingilis dilində)) və Fidan Abiyeva (Beynəlxalq iqtisadi hüquq) göstərib.