Şahzadə Harri rəsmi olaraq "Əlahəzrət" titulundan məhrum edildi

10 Avqust 2023 07:43 (UTC+04:00)

Kral ailəsi Şahzadə Harrinin titulunu Meqan Markl ilə birlikdə krallıq vəzifələrindən istefa verdikdən və Böyük Britaniyadan ABŞ-a köçdükdən sonra rəsmi internet saytından silib. SİA xarici mətbuata istinadən xəbər verir ki, indi Kraliça II Yelizavetanın nəvəsi Əlahəzrət deyil, hersoq adlanır. Həmçinin Kral Ailəsi bölməsində Şahzadə Harri və Meqan Marklın adları səhifənin aşağısına köçürülüb. Bu, ilk belə hal deyil: 2021-ci ilin iyununda Diananın geyim sərgisində də Şahzadə Harrinin titulu çıxarılmışdı.

Meqan və Harri hazırda Hollivuddakı layihələri ilə məşğuldurlar. Bu həftənin əvvəlində mənbələr "Six Page" saytına bildirdilər ki, Sasseks hersoqu və hersoginyası "Netflix" ilə Kanada yazıçısı Karli Fortunun çoxmilyonluq sövdələşmənin bir hissəsi olaraq "Mənimlə göldə görüş" kitabı əsasında filmin hazırlıqlarına başlayıblar.

"Netflix" təxminən 3 milyon dollar dəyərində bestsellerin hüquqlarını əldə edib, cütlük onu "Archewell Productions" altında istehsal edə bilər, lakin nə Harri, nə də Meqanın filmdə rejissorluq etmək və ya baş rolda oynamaq planları yoxdur. Romanın süjeti təəccüblü şəkildə hersoq və hersoginyanın hekayəsinə bənzəyir: uşaqlıq travması, avtomobil qəzasında valideyn itkisi, psixi sağlamlıq problemləri və doğuşdan sonrakı depressiya...

"Kitabda qaldırılan mövzular cütlüyü o qədər cəlb etdi ki, onlar "Netflix" üçün bu materialı seçdilər", - "The Sun" qəzeti mənbəyə istinadən qeyd edib.

Filmin çəkilişlərinin nə vaxt başlayacağı hələlik məlum deyil. Belə ki, ABŞ-da bir çox layihələr bir neçə aydır davam edən ssenaristlərin tətili səbəbindən dayandırılıb.