Sevda Yahyayeva həyat yoldaşı ilə bağlı paylaşım edib

10 Avqust 2023 06:50 (UTC+04:00)

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla bağlı sosial şəbəkədə paylaşım edib. SİA xəbər verir ki, sənətçi nikah fotolarını izləyiciləri ilə bölüşərək evlilik ildönümləri olduğunu vurğulayıb:

"3 il... Hər zaman yanımda ol".

Qeyd edək ki, Sevda və Zakir nikah masasına 2020-ci ildə oturub. Cütlüyün toyu pandemiya səbəbindən bir il sonra reallaşıb. Onların Ayla adlı bir qızı var.