Kamil Zeynallı Maldiv adalarına üz tutub

10 Avqust 2023 05:54 (UTC+04:00)

Fitness məşqçi Kamil Zeynallı Dubay tətilindən sonra Maldiv adalarına üz tutub. SİA xəbər verir ki, idmançı adalardakı dəbdəbəli tətilinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Zeynallı Maldiv adalarında lüks villaların birinə yerləşib. Diqqət çəkən məqam isə villadan birbaşa dənizə keçidin olmasıdır.

Qeyd edək ki, Kamilin müğənni xanımı Gülay qızı Sahilə ilə birlikdə Novruz bayramı tətillərində Maldiv adalarına səyahətə yollanmışdırlar.