Brilliant Dadaşova onu səhnəyə çıxmağa məcbur edən insandan danışdı

10 Avqust 2023 04:48 (UTC+04:00)

"Bu gün qardaşım Akif İslamzadənin ad günüdür. Məni səhnəyə çıxmağa, musiqilərimizi geniş auditoriya qarşısında ifa etməyə məcbur edən insan..." SİA xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova dünən İnstaqramda Azərbaycanın korifey sənətkarı, Prezidentin fərdi təqaüdçüsü Akif İslamzadənin doğum gününü təbrik edərkən yazıb. Sənətçi etiraf edib ki, onun səhnəyə gəlişində Akif İslamzadənin böyük rolu olub.

A.İslamzadə ilə olan "Hər şey gözəldir həyatda" duetini paylaşan sənətçi ondan çəkindiyini də gizlətməyib: "Bu dünyada çətin sənət yolu kimi, sonsuz məsuliyyət yükünü çiyinlərimə qoyan böyük musiqiçi, böyük şəxsiyyət. Ad gününüz mübarək olsun".