Müğənni Hiss 8 aydan sonra yeni mahnısı və klipini təqdim edib. SİA xəbər verir ki, musiqisi və sözləri YAP10-a (Zamiq Əliyev), aranjimanı isə Nihad Məlikova məxsus olan mahnı "Mənə pis olma" adlanır.
Çəkilişləri Türkiyənin Antalya şəhərində baş tutan ekran işinin rejissorluğunu İsmayıl Eren Yalçın edib. Hiss bir-birindən fərqli obrazlarda kamera qarşısına keçib. Yeni işi ilə çox iddialı olan ifaçı hesab edir ki, treki "Yayın hiti" olacaq.
Klip Hissin Yutub kanalında, mahnı isə bütün musiqi platformalarında yayımlanıb.