5 660 namizəd üçün MİQ üzrə müsahibə mərhələsinə start verilib - YENİLƏNİB

9 Avqust 2023 13:50 (UTC+04:00)

Avqustun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, bu mərhələyə ümumilikdə 5 660 namizəd dəvət olunub.

İlk gün informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunacaq.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, müsahibələr avqustun 18-dək davam edəcək.