Qadına ilan və "Şahin" eyni anda hücum etdi

8 Avqust 2023 15:37 (UTC+04:00)

ABŞ-ın Texas ştatında Peqqi Cons adlı qadın öz traktoru ilə Silsbidə torpağını biçərkən göydən onun üzərinə ilan düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ilan qadının sağ qoluna dolanarkən bir neçə saniyə sonra "Şahin" adlı quşun hücumuna məruz qalıb. "Şahin"in ovladığı ilanı yerə atdığı və daha sonra ilanı götürmək üçün qadına hücum etdiyi təxmin edilir. İlan onun qoluna dolanarkən, "Şahin" bədbəxt qadının qoluna pəncəsi ilə vurub. 1 metrlik ilan qadının üzünə hücum edib. "Şahin" isə qadına 4 dəfə ard-arda hücum edib.

Uzun mübarizədən sonra "Şahin" ilanı götürə bilməyərək uçub. Daha sonra 64 yaşlı qadın tez bir zamanda traktoru ilə evinə qayıdıb. Qolları qan içində olan qadın xəstəxanaya aparılıb. Qolu şişmiş və rəngi dəyişmiş Consun sağalması həftələr çəkib. Yavaş-yavaş sağalmaqda olan Cons bunları deyib: “Bu, yəqin ki, həyatımda başıma gələn ən qorxulu şey idi”.