Çingiz Aytmatovun abidəsini hazırlayacaq heykəltəraş müəyyənləşib

8 Avqust 2023 15:20 (UTC+04:00)

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə elan olunmuş heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, müsabiqədə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.

Müsabiqədə Natiq Əliyev birinci, Nurəli Şahbazov ikinci, İlqar Ağaşov isə üçüncü yerə layiq görülüb.

Xatırladaq ki, heykəltaraşlıq müsabiqəsi Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdu.