Müğənni Lada Dens avtomobil qəzası keçirib

7 Avqust 2023 09:50 (UTC+04:00)

Müğənni Lada Dens avtomobil qəzası keçirib. SİA xəbər verir ki, Krım magistralının 52-ci kilometrliyində 3 avtomobil toqquşub, ümumilikdə 4 nəfər xəsarət alıb. Taksidə olan sənətçi kəllə-beyin travması alıb. O, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə hadisə yerindən xəstəxanaya çatdırılıb.

Müğənninin meneceri Sergey Pudovkin təfərrüatları Gazeta.Ru-nun jurnalistləri ilə bölüşüb.

“O, tədbirdən maşınla evə gedirdi. Doğrudan da, kifayət qədər ciddi qəza baş verdi. Hadisə yerinə təcili yardım və Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub. Beyin Mikrocərrahiyyəsi İnstitutunda xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. İndi bununla bağlı müayinələr aparılır. Ümid edək ki, hər şey yaxşı olacaq” deyə, o, açıqlamasında deyib.