Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki,yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 175 namizəd iştirak edib. Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.
İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaqdır.