Bu yaxınlarda 54 yaşını qeyd edən dünya şöhrətli aktrisa və müğənni Cennifer Lopez bikinili fotoları ilə gündəmdə qalmağa davam edir. SİA xəbər verir ki, bir neçə gün əvvəl reklam siması olduğu alt paltarı markasının çəkilişlərindən kadrlarını paylaşan ulduz bu dəfə çimərlik görüntülərini bölüşüb. Onun "Valentino"dan olan bikisininin 980 dollar (Təxminən 1666 manat) olduğu məlum olub.
Çimərlik obrazını qara şlyapa və aksessuarlarla bəzəyən sənətçi cazibədar bədən quruluşu ilə izləyicilərinin diqqətini çəkib.