Fərda Xudaverdiyevin səhhətində problem yaranıb

4 Avqust 2023 03:38 (UTC+04:00)

Aktyor Fərda Xudaverdiyevin səhhətində problem yaranıb. SİA xəbər verir ki, bu barədə aktyor sosial media hesabında paylaşım edib.

O, səhhətindəki problemin nədən qaynaqlandığını açıqlamasa da, atmacalı sözlər deyib: "Belə şeylərlə gündəmə gəlməmişəm və istəmirəm".