Tramp hakim qarşısına çıxmaq üçün məhkəməyə gəldi

4 Avqust 2023 00:11 (UTC+04:00)

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp hakim qarşısına çıxmaq üçün məhkəmə binasına gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi iddiası ilə aparılan “6 Yanvar Konqresi basqını” araşdırmaları çərçivəsində ittiham olunur.

Donald Tramp 6 yanvar 2021-ci ildə hücumların baş verdiyi Konqres binasının bilavasitə yaxınlığında yerləşən “Elijah Barrett Prettyman” məhkəmə binasına gəlib.

Həmçinin, Trampın ona qarşı irəli sürülən ittihamları rədd edəcəyi də gözlənilir.