Xəbər verildiyi kimi, bu gün RSFSR-in Xalq artisti İrina Miroşniçenko 82 yaşında vəfat edib.
Təbii ki, bizlərdə deyildiyi kimi, ölüm haqdır və Tanrı Sovet dövrünün sevilən aktrisası olan İrina xanımın da o biri dünyasın versin.
Amma burada bir nüans var. Deyilənlərə görə, Miroşniçenkonun bu dünyada nə bir övladı, nə nəvəsi, nə nəticəsi, nə də əri qalıb. Valideynləri isə bu dünyaya çoxdan vida ediblər.
O da məlumdur ki, insan vəfat etdikdə, vəsiyyət olmadıqda, ölənin əmlakı vərəsələrinə keçir. Amma dediyimiz kimi, Miroşniçenkonun vərəsəsi-filanı yoxdur. Bəs, belə olan halda, görən, onun malı-mülkü kimə çatacaq?..
Deyilənlərə görə, Miroşniçenkodan qalanlar elə də az pul-para deyil a...
Yeri gəlmişkən, dünyada deyə bilmərəm, amma Rusiyada adətən ev işçiləri (ruslar bunlara “domrabotnitsa” deyirlər) məşhurların ölümündan sonra onun əmlakını miras kimi alırlar. Maraqlıdır, bu, aktrisa İrina Miroşniçenko vəziyyətində baş verə bilərmi?
Xatırladaq ki, bir müddət bundan əvvəl rus hüquq işçilərindən biri Rusiyada bu sahədə də cinayətkar qrupların fəaliyyət göstərdiyi barədə xəbərdarlıq etmişdi. Həmən hüquq işçisinin dediynə görə, bəzi qohumları olmayanlar öldükdə cinayətkar qruplar notariusla əlbir olub saxta vəsiyyətnamələr tərtib edirlər.
Görən, Miroşniçenkodan qalan pul-paranı bu aqibət gözləmir ki?
Ağasəf Babayev