Rusiyanın Xalq artisti vəfat etdi

3 Avqust 2023 14:34 (UTC+04:00)

Rusiyanın Xalq artisti İrina Miroşniçenko vəfat edib. SİA TASS-a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Bundan əvvəl sənətçinin Moskvadakı xəstəxanalardan birində reanimasiyada olduğu bildirilib.

Miroşniçenko "Moskvada gəzirəm", "Andrey Rublev", "Sən heç xəyal etmədin...", "Qış albalısı - 2" filmlərindəki rolları ilə tanınıb.