Venesuela gözəli seçilən və "Miss Latın Amerikası" ilə "Miss World 2023" müsabiqələrində iştirak edəcək model Ariana Viera dəhşətli şəkildə dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı modelin tətildə olduğu Orlandoda avtomobil qəzasında faciəvi şəkildə öldüyü açıqlanıb.
Hadisənin iyulun 13-də baş verdiyi və Ariananın maşın sürərkən yuxuya gedərək dəhşətli qəza keçirdiyi bildirilib.
Ariananın avtomobili yük maşınına çırpılıb. Qəzadan sonra tibb işçilərinin müdaxiləsi ilə dirçələn Venesuela gözəli daha sonra infarkt keçirib. Təcili tibbi yardımların müdaxiləsi ilə yenidən həyata qayıdan gənc qadın reanimasiya şöbəsinə aparılmaq üzrə olanda son nəfəsini verib.
Bildirilib ki, ABŞ viza vermədiyi üçün Ariananın atası dəfn mərasimində iştirak etməyib.
Ləman Sərraf