Fidan Hacıyeva ingiltərəli həyat yoldaşı ilə özəl kadrlarını paylaşıb - FOTO

3 Avqust 2023 02:39 (UTC+04:00)

Xalq artisti, tanınmış opera ifaçısı Fidan Hacıyeva ingiltərəli həyat yoldaşı Filip Neylorla özəl kadrlarını paylaşıb. SİA xəbər verir ki, sənətçi instaqramda paylaşdığı videoya bu gün evliliklərinin 20 illiyini qeyd etdiklərini yazıb.

"Bu gün həyat yoldaşım Filiplə ailə qurmağımızdan 20 il keçir. Səninlə keçirdiyim hər gün xoşbəxtəm. İnşAllah bundan sonra daha gözəl günlər keçirək", - müğənni qeyd edib.

Qeyd edək ki, Fidan Hacıyeva 2003-cü ildə İngiltərə vətəndaşı Filip Neylorla ailə qurub. Onların 1 qızı və 2 oğlu var.