Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi başa çatıb. SİA xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Hazırda onun cənazəsi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.