2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Təhsil İnstitutundan SİA-ya bildirilib ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.
26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.