Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

2 Avqust 2023 09:47 (UTC+04:00)

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2023-ci il oktyabrın 2-dək uzadılıb.

Qeyd edək ki, bu müddət iyulun 1-də başa çatmışdı.