Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi 2 avqust saat 11-də Təzə Pir Məscidində olacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Mərhumun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.