Qomel yaxınlığındakı çayda mamont qalıqları tapılıb

1 Avqust 2023 20:44 (UTC+04:00)

Belarusun Qomel vilayətinin Vetka rayonunda xilasedicilər Besed çayının sularında mamont qalıqları tapıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu BELTA dövlət agentliyi Fövqəladə Hallar Nazirliyinin xəbərinə istinadən bildirib.

Agentliyin məlumatına görə, tapıntı Fövqəladə Hallar Nazirliyinin Qomel regional idarəsinin dalğıcları tərəfindən Svetiloviçi kəndində Besed çayının akvatoriyasına baxış zamanı aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, tapılan əraziyə Qomel Sarayı və Park Ansamblının muzeyinin mütəxəssisləri cəlb olunub və onlar qalıqların mamonta aid olması ehtimalını təsdiqləyiblər.

Nazlı