Veqan qidalanma tərəfdarı olan sosial media fenomeni (bloqqer) 39 yaşlı Janna Samsonova Cənub-Şərqi Asiya səfəri zamanı yalnız ekzotik meyvə pəhrizi yeməsi nəticəsində Malayziyadakı klinikalardan birində yorğunluqdan və aclıqdan ölüb.
SİA yaxınlarının verdiyinə istinadən Rusiya vətəndaşı olan J.Samsonovanın iyulun 21-də öldüyü bildirir.
Sosial mediada veqan qidalanmanı təbliğ edərək milyonlarla izləyiciyə çatan “Zhanna D'Art” kimi tanınan sosial media fenomeni Cənub-Şərqi Asiya turu zamanı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bir dostu mətbuata bildirib ki, Samsonova Şri-Lankaya səfərdə olduqca yorğun görünüb, müalicə üçün evə göndərilib, lakin o, geri qayıdıb.
Mərhumun anası ölümün veqan pəhrizlə orqanizmin tükənməsi nəticəsində baş verdiyini deyib.
Bişirilməyən otlarla hazırlanan yeməklərə diqqət yetirən Janna 5 ildir veqan pəhrizində olub, son 4 ildə isə bütün xam veqan pəhrizinə əməl edib, yalnız günəbaxan tumu, meyvə və şirələrlə qidalanıb.
Xatırladaq ki, 2023-cü ilin mart ayında Soçidə xam qida bloggeri Maksim Lyutinin bir aylıq körpəsi ölmüşdü. Ölümün səbəbi qida çatışmazlığı və pnevmoniya qeyd edilmişdi. Martın 19-da Soçinin Lazarevski rayon məhkəməsi tərəfindən Lyutini iki aylıq həbs olunmuşdu. Dindirilmə zamanı kişi bütün günahı uşağın anasının üzərinə atmışdı. İstintaq isə müəyyən etmişdi ki, blogger ən azı gündə üç dəfə uşağı anasının əlindən alırmış ki, qadın onu yedizdirməsin və üstəlik körpəyə buzlu su tökürmüş.
P.S: Deməli, veqanlar, bizlərdə deyildiyi kimi, bunlar da bir cürə dəlidirlər(?)... Beləliklə, veqanlıq heyvan məhsullarının istehlakını istisna edən vegetarianlığın ən ciddi formasıdır.
Qeyd edək ki, Veqan Cəmiyyətini ingilis ictimai xadimi Donald Uotson 1944-cü ildə yaradıb. Veqan Cəmiyyətinin tərifinə görə: “Veqanlıq, heyvanlara qida, geyim və ya hər hansı digər səbəbdən mümkün qədər mümkün olan və tətbiq edilə bilən hər cür istismar və qəddarlığı aradan qaldırmağa çalışan bir həyat tərzidir”