Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

1 Avqust 2023 15:49 (UTC+04:00)

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə SİA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdir.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.