Nobel Sülh Mükafatı laureatı əfv edildi

1 Avqust 2023 11:54 (UTC+04:00)

Korrupsiyada ittiham olunan Myanmanın keçmiş lideri Aunq San Suu Kyi əfv edilib. SİA xəbər verir ki, müvafiq fərman Myanma Radio və Televiziyasının saytında dərc olunub.

Aunq San Suu Kyi 2016-2021-ci illərdə Myanma hökumətinin faktiki rəhbəri olub. Hakimiyyətə gəlməzdən əvvəl o, diktaturaya qarşı mübarizəyə görə Nobel Sülh Mükafatını qazanıb.

2021-ci ilin fevralında ölkədə baş vermiş hərbi çevrilişdən sonra yeni hakimiyyət onu 19 cinayətdə ittiham edib. Onun həbs müddəti dəfələrlə artırılıb və ümumilikdə 33 il müddətinə azadlıqdan məhrum edilib.