Müğənni və aktrisa Hülya Avşar keçən il siması olduğu zərgərlik brendinin reklamlarında çəkilıməyə davam edəcək. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, 59 yaşlı ulduzun reklam müqaviləsinin vaxtının bir il daha uzadıldığı məlum olub. 25 milyon TL-lik (Təxminən 1 milyon 600 min manat) müqaviləyə imza atan Hülya Avşar markanın üzü olmağa davam edəcək.
Həmçinin Avşarın adının verildiyi özəl zərgərlik nümunələrinin də satışa çıxarılacağı gözlənilir.