Bu gün və keçmiş adlı foto çalışma təqdim edirik sizə. Mənim dünyamın vazkeçilməzi, can parçam gözəl qızım hansı ara belə böyüdün, boyun boyuma çatdı maşallah. Bu illər mənə çox bədəllər ödətsə də, neçə sınaqlardan yıxılıb-qalxıb, üzüağ çıxsam da yaxşı ki varımsan həyat eşqim, səni verən Allahıma sonsuz şükürlər olsun. SİA xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial mediada yazıb. Qızı ilə Türkiyədə dincələn məşhur aparıcı instaqramda 2019 və 2023-cü illərdə çəkdirdiyi fotoları paylaşıb. O, övladının sayəsində ayaqda qala bildiyini vurğulayıb.